Homepage / Hər halda bu auala Emin Əmrullayev özü cavab verəcək... - İDDİA

Hər halda bu auala Emin Əmrullayev özü cavab verəcək... - İDDİA

Hörmətli elm və təhsil naziri Emin Əmrullayeva bir sual ünvanlamışdım. Hələ də cavab verə bilmir. Sual ondan ibarət idi ki, hörmətli nazirimiz həyat yoldaşı Nigar Əmrullayeva - Hənifəyevanın Cambridge Judge Business School-da iki illik təhsil haqqını hansı mənbədən ödəyir. Şəxsi büdcəsindən, yoxsa nazirlik hesabına?
Cənab nazirin xanımının illik təhsil haqqının miqdarı ilə bağlı bir az yanlışlığa yol vermişəm. Bu səbəbdən düzəliş etmək istərdim. Əvvəl qeyd etdiyim illik 63 min funt sterlinq məbləğ sadəcə bakalavr təhsilinə aiddir və əslində Əmrullayev ailəsinin ödədiyi məbləğ bundan xeyli çoxdur.
Üstəlik xanım Əmrullayeva məhz həyat yoldaşının karyerasının yüksəldiyi dövrdə Londondakı Kral Kollecinin (King College) diplomunu alıb. Burada xarici tələbələr üçün illik təhsil haqqı 37 min funt sterlinq, Londonda bir tələbənin yaşayış xərcləri təxminən 1800 funt sterlinq təşkil edir. Təəssüf ki, cənab Əmrullayevin həyat yoldaşının Kral Kollecində təhsilinin də hansı mənbədən ödəndiyi bəlli deyil. Bir daha qeyd edirəm ki, Emin Əmrullayev nazir olana qədər onun həyat yoldaşı məktəbəqədər təhsil müəssisəsində təlimçi işləyib.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazıb. Cavanşir Həsənli daam edərək daha sonra yazır:
Nigar Əmrullayeva - Hənifəyeva King College ilə kifayətlənməyərək 2023-cü tədris ilində İngiltərədə sözügedən ali təhsil müəssisəsində MBA təhsili (Biznesin İdarə Olunması) almağa başlayıb və ikiillik proqramı gələn il başa vuracaq. Siyahı üçün link:
(https://www.jbs.cam.ac.uk/.../the-cambridge-emba-class.../)
Qlobal Executive MBA üçün təhsil haqqı 102,235 funt sterlinq təşkil edir. Yəni cənab nazirin həyat yoldaşının ikiillk beynəlxalq MBA təhsili (sadəcə təhsil haqqı) 205 min funt sterlinq təşkil edir. Söhbət nə az - nə çox 450 min manatdan gedir. Diğər xərclər - səfər və yaşamaq, qida, zəruri vəsaitlər xərcləri bura daxil deyil.
Qeyd: Beynəlxalq səviyyəli MBA diplomuna sahib olan şəxs xüsusilə karyerasında yüksələ və daha yüksək maaşlı vəzifədə çalışa bilər.
Yeri gəlmişkən Azərbaycan Beynəlxalq Bankın Maliyyə menecmenti departamentinin direktoru Əli Dadaşzadə də həmin ali təhsil müəssisəsində MBA təhsili alır. Ümumiyyətlə həmin sinif üzrə təhsil proqramına qatılanların əksəriyyəti bankirlər və işadamlarıdır.
Bəs Əmrullayev? Qoy özü aydınlıq gətirsin.
Cavanşir Həsənli

21-06-2024, 12:28
Go back