2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata yüksələcək.
Paytaxt.org modern.az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi ilə İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirdiyi birgə iclasda müzakirə edilib.
"Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində uşaqlar üçün yaşayış minimumu 246 manat olaraq müəyyən edilib ki, bu da alimentin minimum məbləğini göstərir.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda bildirib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə isə 235 manat olub.