Homepage / Dilçi alimdən AMEA rəhbərliyinə ETİRAZ - Sərt ifadələr...

Dilçi alimdən AMEA rəhbərliyinə ETİRAZ - Sərt ifadələr...

"Elmin başına daş salıb saxta yollarla vəzifələrə qalxmısansa, əməlində millətə, dövlətə xəyanət elementləri varsa, yəni saxta əsərlərlə milləti, dövləti tovlaya bilirsənsə, əsl alimsən. Səni mədh etməyə sənin kimi zərərli olan məddahlarımız tapılacaq, hətta mükafatlandırılacaqsan. Təəssüf ki, akademik şəbəkənin bizə ərməğan etdiyi elmi mühit budur. Çox acınacaqlıdır!" Dia-az.info bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib.

Tanınmış alim daha sonra da sərt açıqlamalarını davam etdirib:

"Adam vəzifəsini unudub "yaxşılıq" etmək metodu ilə pul və nüfuz alverinə qurşanıb.
Sözüm vəzifə tutub "yaxşılıq" edən alim-akademiklərədir: Mənə "yaxşılıq" etməyin, xahiş edirəm! Sizin "yaxşılığ"ınız dövlətə və xalqa çooox baha başa gəlir.
Soxaya qalmış "yaxşılığ"ınız nəsillərin perspektivlərini söndürür, milləti tar-mar edir. O "yaxşılıq"lar, təəssüf ki, sizin övladlarınızı, nəvə-nəticələrinizi də gözləyir.
Namusunuz varsa, kiməsə minnət qoymadan vəzifənizi ləyaqətlə yerinə yetirin, millətə, dövlətə xidmət edin, ciblərinizi qanlı pullarla doldurmayın!
Vəzifədən çıxandan sonra isə nə qədər istəyirsiniz, yaxşılıq edə bilərsiniz.
Ovuc içi qədər olan dünyanın harasına qaçsanız da, faydası olmayacaq. Tək çarə alçaqlıqdan əl çəkib səmimi vətəndaş, məsuliyyətli və vicdanlı vəzifə adamı olmaqdır.

***

Ey fırıldaqçı nadürüst! Alim donuna girib haqdan danışırsansa, doğman da olsa, doğrunu deməlisən. Əks halda, get, gir yuvana, qanlı yemini ye, səsini çıxarma!
Adam işlədiyi institutda fəlakət həddinə çatmış situasiya haqqında bir kəlmə demir, di gəl ki, başqa qurumda nöqsan axtarır, tənqid yazır. Bu murdar davranışın adını da qoyur "Adam yediyi qaba tüpurməz". Nə var, nə var, işlədiyi institutun direktoru ağzına hərdən yal atır.
İdrakın çürüsün! Düz deyirsən, rüşvət qabına yox, birbaşa sənin qəbih sifətinə tüpürülməlidur.
Haqqı yala, pula, dostbazlığa və ən əsası, "yaxşılığ"a satan alçaq! Sən alim yox, riyakar zalimsən! Və lənətə gələsən!"

29-03-2024, 16:44
Go back