Dünya

TBMM sədri: Ukraynadakı münaqişə Rusiya ilə Qərb arasında müharibəyə çevrilə bilər

post-img

“Ukraynadakı münaqişə Rusiya ilə Qərb arasında müharibəyə çevrilə bilər”.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” dövlət agentliyi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Ankarada bu qarşıdurmaya təkcə bu iki ölkə arasında müharibə kimi deyil, həm də əvvəldən Rusiya ilə Qərb ölkələri arasında müharibəyə çevrilə biləcək münaqişə kimi baxılır.

Parlamentin spikeri qeyd edib ki, Türkiyə buna əsaslanaraq Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsinə çalışır.

Kurtulmuş hesab edir ki, tərəflər Türkiyənin İstanbulda vasitəçiliyi ilə artıq atəşkəs sazişi bağlamağa yaxın idilər, lakin sənədin imzalanması müəyyən qüvvələr tərəfindən pozulub: “Rusiya ilə Ukrayna arasında sülh sazişi Dolmabaxçada imzalanmağa yaxın idi”.

Kurtulmuş, hər iki tərəfin qəbul edəcəyi ədalətli və bərabər sülhün bağlanmasının mümkün olduğunu xatırladıb.

Spiker xəbərdarlıq edib ki, Rusiya ilə Ukrayna arasında qarşıdurma təkcə Qara dəniz regionu və Şərqi Avropaya deyil, həm də xeyli genişlənə bilər.

Oxşar xəbərlər