DÜNYA / BANNER

ABŞ Rusiyanı bu 3 ÖLKƏ ilə vuracaq - KTMT, yoxsa Kremlin SONU?

post-img

ABŞ Dövlət katibinin köməkçisi Donald Lunun Orta Asiya səfəri Rusiyanın dizini əsdirib.

KONKRET.az xəbər verir ki, səfər proqramında Türkmənistan, Özbəkistan və Qazaxıstan var.


ABŞ-ın Orta Asiya ortaqlığı

Əsas hədəf Ağ Evin Orta Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı və vətəndaş cəmiyyəti institutlarına dəstəkdir.

• ABŞ region ölkələrinə müxtəlif layihələr təklif edir. Dəyişməyən bənd Rusiyaya qarşı sanksiyalardır.

• Ağ Ev Rusiyaya qarşı sanksiyaların Orta Asiyadan tətbiq olunacağının daha faydalı olacağını düşünür.

Bəli, Çinə istiqamətlənən tranzit xətlər əsasən bu üç ölkənin ərazisini görür və bu koridora qoyulan istənilən maneə Rusiyada böhran kimi duyulacaq. Bundan başqa, hazırkı Rusiya iqtisadiyyatının əsas dayaq nöqtələri Asiyanın bu hissəsi ilə bağlıdır. Qazaxıstan etirazlarında Kremlin KTMT qüvvələrindən istifadəsini xatırlatmaq kifayətdir.

– Donald Lu ABŞ-ın Qazaxıstandakı (2018-2021) səfiri olub və Orta Asiya dövlətləri ilə iş praktikasına malikdir.

Onun Aşğabad səfəri Daşkənd və Astana diqqətlə izlənilib. Ümumiyyətlə, Amerika siyasəti Türkmənistanda cüzi nailiyyət qazanmağı ilə seçilir. Çünki Aşğabadın diktə olunan şərtlərlə razılaşması çox vaxt baş tutmur. Ona görə də birgə layihələrə cəmi 7 milyon dollar ayrılıb. Lakin danışıqların daha mürəkkəb sxeminin Daşkənd və Astanada müzakirə olunacağı gözlənilir. Qazaxıstan və Özbəkistandakı maliyyə proqramının 25 milyon dollar olacağı planlaşdırılır. Ticarət əlaqələrinə sərf olunacaq pul Rusiyada məxfi əməliyyat kimi qiymətləndirilir.

– Donald Lunun səfəri öncəsi ABŞ Özbəkistana 50 ədəd hərbi taktiki maşın olan Polaris MRZR verib. 2.8 milyon dollar dəyərində olan maşınların Özbəkistana verilməsi hərbi əməkdaşlığın ilkin mərhələsi kimi qiymətləndirilir.

Xatırladaq ki, Özbəkistan KTMT üzvlüyünü tərk etmiş ölkədir. Ancaq son vaxtlar KTMT ilə bu ölkənin birgə təlimlərinin keçirilməsi təşkilata qayıtmaq istəyi kimi yozulur. Vaşinqton isə kuratoru Kreml olan hərbi təşkilatı zəiflətmək istəyir.

• Paşinyanın KTMT-dən çıxış barədə bəyanatları da Amerika ssenarisinin abzaslarındandır.

ABŞ KTMT üzvü Qazaxıstanın da KTMT-dən çıxışını istəyir. Çünki rəsmi Astana gələcəkdə Şərq-Qərb iqtisadi layihələrinin icrası baxımından açar mövqeyə sahibdir. Və bu proyektlərə Rusiyanın müdaxilə imkanları sıfırlanmalıdır. Sadəcə, Putin Tokayev hakimiyyətinin qorunmasında KTMT-nin oynadığı rolu qaxınc etməyə qadirdir. Türklər isə borclu qalmağı sevmir. Məhz bu səbəbdən Ağ Evin Qazaxıatan təklifləri daha cəlbedici olmalıdır. Onsuz da Qərb öz siyasi-iqtisadi addımlarını bu devizlə atır:

“Pulun həll edə bilmədiyi məsələni daha çox pul həll edir”.

Oxşar xəbərlər