Dünya

Komanda qərargahı, 5 hərbi təyyarə məhv edildi, pilotlar əsir götürüldü - Pakistan ordusundan darmadağın, Hindistan ağ bayraq qaldırdı

post-img

Hindistan ordusu Nəzarət Xətti (LoC) yaxınlığında yerləşən Çurha Kompleksində ağ bayraq qaldırıb.


Bakupost.az GEO TV-yə istinadən xəbər verir ki, bu barədə Pakistanın federal informasiya naziri Attaullah Tarar məlumat yayıb.

Onun sözlərinə görə, Hindistan tərəfi ağ bayraq qaldıraraq məğlubiyyətini etiraf edib.

Müxtəlif mənbələrin məlumatına görə, Pakistan qüvvələri bölgədə yerləşən Hindistan postlarına ciddi zərbələr endirib.

Məlumatlarda bildirilir ki,termal görüntülər Hindistan və Pakistan arasında təmas xətti boyunca artilleriya atəşlərinin davam etdiyini göstərir. Münaqişə zonasında intensiv döyüşlərin getdiyi bildirilir. Tərəflər dəqiq silahlardan istifadə edirlər.

Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisinə qarşı "Rafale" qırıcıları ilə Fransadan alınmış "SCALP" qanadlı raketləri və "Hammer" bombalarından istifadə edib. Bu, son illərdə Hindistanın bu tip yüksək dəqiqlikli silahlardan istifadəsi baxımından ən ciddi eskalasiyalardan biri kimi qiymətləndirilir.

Eyni zamanda, Pakistan ordusu Hindistana cavab zərbələri endirib. Rəsmi İslamabad açıqlayıb ki, Kəşmir bölgəsində yerləşən Hindistanın Uri briqadasının komanda qərargahı məhv edilib. Bu iddianı təsdiqləmək üçün Pakistan hərbi hesabları termal görüntülər dərc ediblər.

Regionda vəziyyət son dərəcə gərgindir və tərəflər arasında hərbi eskalasiyanın artacağı ehtimalı istisna edilmir.

Pakistan ordusu Hindistanla davam edən gərginlik fonunda 5 Hindistan hərbi təyyarəsinin vurulduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, rəsmi İslamabadın məlumatına görə, təyyarələrin pilotları sağ ələ keçirilib və hazırda Pakistan hərbçilərinin nəzarəti altındadır.

Bu iddia Hindistan və Pakistan arasında təmas xəttində gedən ağır artilleriya döyüşləri və Hindistanın hava hücumlarından sonra yayılıb. Qeyd edək ki, Hindistan tərəfi hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Son hadisələr iki nüvə silahlı ölkə arasında qarşıdurmanın təhlükəli şəkildə dərinləşdiyini göstərir.

Paytaxt.org

Oxşar xəbərlər