“Rusiya NATO-nun Ukrayna məsələsinə müdaxiləsinə dözməyəcək. Bu barədə Prezident Vladimir Putin Qərb ölkələrinə siqnal verib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
Onun sözlərinə görə, Putin çox açıq şəkildə bildirib ki, Rusiya NATO-nun Ukrayna məsələsinə hər hansısa müdaxiləsinə dözməyəcək.
“Bu, ABŞ-a bir mesajdır. Belə ki, Böyük Britaniya Rusiyadakı strateji hədəflərə qarşı “Storm Shadow” raketlərinin istifadəsinə icazə versə, bunun əvəzini ödəyəcək”.
Ritter bildirib ki, Ruslar zarafat və blef etmir.
“Amma bu, yeni bir məsələ deyil. Onlar həmişə Ukraynadan uzaq durmaq barədə xəbərdarlıq ediblər. Ukraynanın NATO-ya daxil edilməsinə imkan verməyəcəklərini açıqlayıblar. Vladimir Putin Qələbə Günündə çıxışı zamanı dünyaya Rusiyanın strateji nüvə qüvvələrinin hazır olduğunu xatırladıb”, – Ritter vurğulayıb.