İordaniya və Fələstin Yerusəlim Erməni Patriarxı arxiyepiskop Nurxanın tanınmasını dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə İordaniya Haşimilər Krallığı və Fələstin Dövləti dünən birgə bəyanat yayıb.
Birgə bəyanatda erməni patriarxı Nurxan Manukyanın Qüds Erməni Pravoslav Kilsəsinin patriarxı və qalan səlahiyyətlərlə tanınmasının dondurulması qərarı açıqlanıb.
Qərarın erməni məhəlləsinin “mədəni irsi olan daşınmaz əmlakı” ilə bağlı patriarxın işlərini düzəldə bilməyən Müqəddəs Torpaqlar və İordaniya Haşimilər Krallığının çoxlu səy və cəhdlərindən sonra verildiyi bildirilir.
Tərəflər təsdiq ediblər ki, Ermənistan məhəlləsi işğal olunmuş ərazi kimi Müqəddəs Şəhərin ayrılmaz hissəsidir və BMT qətnamələri ilə tanınıb.
P.S. Görünür, ermənilər müvəqqəti yaşadıqları bütün yerləri, əraziləri “qarmaq” atıb əbədilik “özəlləşdirmək” istəyirlər. Bu, onlarda ustalıqla alınır. Amma yalan ayaq tutsa da, yerimir, gec-tez ifşa olunur. Qüdsün mərkəzini “tarixi irs” kimi mənimsəyib özlərininki hesab edirlər.
Yəqin ki, İordaniya və Fələstin, o cümlədən, İsrail Azərbaycanın dərslərindən yaxşı nəticə çıxarıb.