İran Hava Hücumundan Müdafiə sistemlərini döyüş rejiminə keçirib.
Musavat.com xəbər verir ki, bu barədə İrana məxsus telegram kanallarında məlumatlar paylaşılıb.
Qeyd edilib ki, hətta ölkənin bəzi bölgələrində internetin kəsildiyi barədə məlumatlar da var.
Qeyd edək ki, İsrail ordusunun aprelin 1-də Dəməşqdəki İran konsulluğunu bombalamasından sonra İran qisas əməliyyatı keçirəcəyi barədə xəbərdarlıq etmişdi.
Bundan başqa, İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri ötən gün verdiyi açıqlamada cavabın doğru zamanda və yerdə veriləcəyini, düşməni etdiyi hərəkətdən peşman edəcəklərin bildirib: "Qisas üsulunu biz müəyyən edəcəyik".