Rusiya 700 min əsgər və Çin texnoloji dəstəyi ilə yay aylarında Ukraynaya böyük hücuma hazırlaşır.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı Pentaqondan sızan məlumata istinadən yazıb. Bildirilir ki, Kreml Ukraynanın şərq cəbhəsini sındırmağı planlaşdırır və onun son məqsədi “NATO-ya hücum”dur.
Pentaqona görə, Rusiyanın getdikcə intensivləşən hava hücumlarının fonunda böyük qurudan hücum üçün yer açmaq strategiyası var. Respublikaçı mətbuatın və ABŞ prezidenti Donald Trampın partiyasının qalası sayılan “National Interest” (NI) nəşri Rusiyanın bu yay böyük hücuma hazırlaşdığını iddia edib.
Pentaqondan əldə etdiyi məlumatları paylaşan nəşrin məlumatına görə, hücumun ilkin mərhələsi İHA-PUA və pilotsuz təyyarə hücumları şəklində olacaq. Bu münaqişədən dərhal sonra Çinin texnoloji dəstəyi ilə Rusiyanın mexanikləşdirilmiş və motorlu bölmələri yay aylarında Kiyevi yıxmaq üçün sinxron şəkildə ən azı 3 böyük hücuma keçəcək. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin tərəddüdlərini görüb və bu qərarsızlıqda müharibədə qalib gəlmək üçün yayın sonuna qədər davam edəcək hücum strategiyası müəyyənləşdirib. Ən böyük narahatlıq Rusiyanın NATO-ya birbaşa hücum etməsidir.
Pentaqonun hesablamalarına görə, Rusiyanın minlərlə pilotsuz təyyarə ilə dəstəkləyəcəyi hücuma 700 min əsgərin qatılacağı iddia edilir. Vladimir Putinin xarici siyasətində də bu hücumdan əvvəl tez-tez “ruslar və ukraynalılar bir xalqdır və bütün Ukrayna Rusiyanındır” deməklə hücuma qanuni əsas yaratmağa çalışdığı vurğulanır.
Bəs bu hücum necə baş verəcək? Pentaqonun ekspertlərinin fikrincə , Rusiya Ukrayna əsgərlərinin Ukraynanın şərqində əsas müqavimət nöqtəsi olan Donetsk vilayətində nazik bir xətt üzrə yayılmasını təmin etməyə çalışacaq. Moskva Sumıda açdığı yeni cəbhə ilə Ukrayna qüvvələrini parçalamaq və Donetskdə müqaviməti qırmaq istəyir. Espertlər həmçinin bildirirlər ki, Putin bu cəbhədən Ukraynanın 2024-cü ildə Kurskda gözlənilməz əməliyyatına cavab olaraq “bufer zona” yaratmaq üçün istifadə edir.
Rusiyanın Çinin texnoloji dəstəyindən istifadə edərək, xüsusilə də Ukrayna pilotsuz təyyarələri və artilleriya atəşinə qarşı çox sürətli hərəkət edən motorlu birləşmələrlə qəfil hücumlar təşkil edəcəyi gözlənilir.(Publika)