Homepage / Priqojinin Putinə verdiyi sirli qovluq – Orada nə yazılıb?

Priqojinin Putinə verdiyi sirli qovluq – Orada nə yazılıb?

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyindəki generalların həbsində əli ola bilər”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Rambler” məlumat yayıb.

Məlumata görə, Priqojin Putinlə görüşlərin birində ona cəbhədəki real vəziyyət barədə informasiya verib.


“Priqojin təkcə ordudakı vəziyyətlə bağlı öz versiyasını açıqlamayıb, həm də dövlət başçısına xüsusi hərbi əməliyyat zonasında işlərin real vəziyyəti barədə məlumatların yer aldığı müəyyən qovluq verib”, – nəşr bildirib.

“Rambler”in iddiasına görə, hazırda Rusiya ordusundakı araşdırma və həbslər Priqojinin təqdim etdiyi qovluq əsasında aparıla bilər.

24-05-2024, 17:20
Go back