Homepage / Putinin qızından “gizli mesaj”: Tixonova “kölgə nazir” obrazında

Putinin qızından “gizli mesaj”: Tixonova “kölgə nazir” obrazında

Rusiya Prezidenti Vladimir Putinin kiçik qızı, 37 yaşlı Katerina Tixonova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edib. 

Globalinfo.az xəbər verir ki, “Bild” nəşri  Putinin qızının çıxışının məğzini araşdırıb və orada “gizli mesaj” aşkar edib.

Belə ki, Tixonova müdafiə sektorunda idxalın əvəzlənməsindən danışıb və onun layihəsini dəstəklədiyi üçün yeni müdafiə naziri Andrey Belousova təşəkkür edib.

Nəşr yazır ki, Kremlin Tixonovaya bu mövzunu təqdim etməyə icazə verməsi hərbi müstəqilliyin diktator üçün nə qədər vacib olduğunu göstərə bilər. Həm də Putin Çin və İran kimi hazırkı müttəfiqlərinə bel bağlamaq istəmir.


“Tixonova izah edib ki, 890 milyon avro ekvivalentində sifarişlər xaricdən Rusiya şirkətlərinə ötürülüb. Eyni şey daha 3,4 milyard avroluq sifarişlər üçün nəzərdə tutulub. Bura hərbi sahədə müqavilələr də daxildir. Belə proqramların başında dayanan Tixonova atası imperator olan “kölgə nazir” kimi Rusiya sənayesinə və ilk növbədə müdafiə sektoruna böyük təsir göstərə bilər”, – nəşr yazıb.

Ekspertlərin fikrincə, Putin Belousovu hərbi sənayeni stimullaşdırmaq və nəhayət Rusiyanı hərbi iqtisadiyyatın relslərinə köçürmək üçün nazir təyin edib. Görünür, Putinin qızı bu işdə ona kömək etməlidir.

7-06-2024, 20:01
Go back