Homepage / “Əlisilahlı” ölkələrin adları açıqlandı – SİYAHI

“Əlisilahlı” ölkələrin adları açıqlandı – SİYAHI

Dünyanın ən böyük silah idxalçıları Hindistan, Səudiyyə Ərəbistanı və Qətər olub.

Globalinfo.az xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutu (SİPRİ-nin) hesabatında yer alıb. Məlumata görə, 2019-cu ildə bu ölkələr müvafiq olaraq qlobal silah idxalının 9,8%-ni, 8,4%-ni və 7,6%-ni həyata keçiriblər. Ondan sonrakı yerdə hazırda savaşın getdiyi Ukrayna (4,9%) dayanıb.

2023-cü ildə dünyada hərbi xərclər 6,8% artaraq, 2,4 trilyon dollara çatıb. Bu, 2009-cu ildən bu yana ən böyük artımdır. Hərbi xərclərin qlobal ümumi daxili məhsula nisbəti 2,3% artıb. SİPRİ bildirir ki, bu da dünyadakı hökumətlərin öz ölkələrinin büdcəsinin ortalama olaraq 6,9%-ni hərbi xərclərə ayırdığını göstərir.


Hesabatda vurğulanır ki, dünyada silaha ən çox pulu ABŞ xərcləyir. ABŞ-ın hərbi xərcləri təxminən 916 milyard dollardır ki, bu da özündən sonrakı 9 dövlətin göstəricilərini üstələyir, ən yaxın izləyicisi olan Çindən isə 3 dəfə çoxdur:

Üstəlik, SİPRİ bildirir ki, 2009-cu ildən bu yana dünyanın bütün qitələrində hərbi xərclər ilk dəfə artıb. Ən böyük artım Avropa, Asiya və Okeaniya, eləcə də Yaxın Şərqdədir

17-06-2024, 16:39
Go back