Homepage / Putin və Kim Çen In Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaqlar

Putin və Kim Çen In Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaqlar

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Kremlin mətbut xidməti Rusiya dövlət başçısının müvafiq sərəncamını dərc edib.


“Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması ilə bağlı maraqlı federal dövlət orqanları və təşkilatları ilə razılaşdırılmış Rusiya Xarici İşlər Nazirliyinin təklifi qəbul edilsin”, - deyə sənəddə qeyd edilir.


Putin Rusiya Xarici İşlər Nazirliyinə saziş layihəsinə fundamental xarakter daşımayan dəyişikliklər etməyə icazə verib. “Bu sərəncamda nəzərdə tutulan sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edirik”, - deyə Rusiya dövlət başısının imzaladığı sərəncamda bildirilir.

18-06-2024, 13:28
Go back