Homepage / Vyetnam Putini ABŞ-a satdı

Vyetnam Putini ABŞ-a satdı

Vyetnam xarici işlər naziri Buy Txan Şon ABŞ dövlət katibinin Şərqi Asiya üzrə köməkçisi Daniel Kritenbrinklə görüşüb.

Globlainfo.az xəbər verir ki, məlumatı yerli mətbuat yayıb. Məlumata görə, Vyetnam xarici işlər naziri ABŞ-ı əmin edib ki, Hanoy hələ də Vaşinqtonun strateji tərəfdaşıdır və onun region ölkələri ilə əməkdaşlığını dəstəkləyir. XİN başçısı həmçinin əlavə edib ki, ABŞ-la bölgənin əlaqəsi bütün dünyada və regionda stabilliyə kömək edir.


Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin keçən həftə Vyetnama səfər edib. Onun səfərindən sonra bir sıra ekspertlər Rusiyanın Şimali Koreya və Vyetnam da daxil olmaqla ABŞ-dan narazı ölkələrdən ibarət koalisiya yaratmaq istəyir. Maraqlı məqam ABŞ dövlət katibinin müavininin səfərinin Putinin Hanoya gəlişindən dərhal sonra baş tutmasıdır.

23-06-2024, 15:55
Go back