Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”
“Ərdoğan Ukrayna ilə bağlı danışıqlarda vasitəçi olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanalın efirində deyib.
“Xeyr, bu, mümkün deyil. Ərdoğan vasitəçi olmayacaq. Ancaq Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında bugünkü görüşdə Ukrayna münaqişəsi müzakirə edilib”, – deyə Peskov vurğulayıb.
4-07-2024, 10:30
Go back