Homepage / Türkiyədə inflyasiya 71 faizi ötür

Türkiyədə inflyasiya 71 faizi ötür

Türkiyənin Statistika Qurumu inflyasiya hesabatı yayıb. Rəsmi məlumata görə, iyunda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 71,6 faiz artıb, 143 əsas mal, məhsul və xidmətin 103-də bahalaşma, 35-də ucuzlaşma qeydə alınıb, 5-də qiymət dəyişməyib.

Azərbaycan Mərkəzi Bankı iyulun 3-də 100 Türkiyə lirəsini 5 manat 22 qəpiyə satır. Bu, ilin siftəsindən 49 qəpik aşağı göstəricidir.

2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.

Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 32,6 lirəni ötür. Türkiyənin Mərkəzi Bankı lirəni qorumaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) 50 faiz müəyyən edib.

4-07-2024, 10:39
Go back