Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi məsələsinin İrəvanın səlahiyyətində olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Rusiya Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razıdır, o, ikitərəfli münasibətlərə mühüm töhfə verib”, - o bildirib.