Homepage / Rusiyanın nəzarətində olan bölgəyə ZƏRBƏ ENDİRİLƏCƏK - ABŞ bu ölkədə hərbi əməliyyata başlayır

Rusiyanın nəzarətində olan bölgəyə ZƏRBƏ ENDİRİLƏCƏK - ABŞ bu ölkədə hərbi əməliyyata başlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası Mali ərazisində "Əl-Qaidə" ilə əlaqəli olan "JNIM" qruplaşmasına qarşı hərbi əməliyyatın keçirilməsi imkanlarını araşdırır.

Paytaxt.org xəbər verir ki, bu barədə "The Washington Post" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı administrasiya daxilində vahid rəy yoxdur.

Lakin buna baxmayaraq, bəzi rəsmilər güc tətbiq edilməsinin tərəfdarı kimi çıxış edirlər.

Ağ Evdən bildirilib ki, Sahel bölgəsindəki terrorizm ümumi təhlükə olaraq qalır. Bu səbəbdən Vaşinqton müttəfiqlərini "JNIM" və İŞİD-ə qarşı mübarizəni dəstəkləməyə çağırıb.

Əlavə olaraq, Vaşinqton Qərblə münasibətləri kəsdikdən sonra Rusiyanın hərbi strukturlarının fəaliyyət göstərdiyi Malidə təhlükəsizliyi təmin edə bilməməsində Moskvanı günahlandırıb.

Dünən, 13:10
Go back