NATO Polşa ərazisində baş verən raket insidenti ilə bağlı təcili toplantı keçirəcək.
Varşava şərq sərhədinin möhkəmləndirilməsi üçün müttəfiqlərdən əlavə dəstək almağa ümid edir və hava hücumundan müdafiə ilə müşahidə imkanlarının gücləndirilməsini gündəmə gətirir. NATO-nun baş katibi Mark Rütte bildirib ki, Alyans baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırmalı və müdafiə sistemində dəyişikliklərin zəruri olub-olmadığını müəyyənləşdirməlidir.
Qeyd edək ki, Varşavaya səfəri zamanı baş nazir Donald Tuskla görüşən Rütte Polşa ərazisinin hər qarışının müdafiə olunacağına zəmanət verib və hadisəni "təhlükəli" və "qəbuledilməz" adlandırıb. Noyabrın 20-də səhər saatlarında Rusiyanın Ukraynaya qarşı zərbələri fonunda Polşanın hava məkanının pozulması nəticəsində Novi Lipovets, Rudnik-nad-Sanem və Molodıç yaşayış məntəqələri yaxınlığında Rusiya istehsalı X-101 raketinin, digər raketin və reaktiv dronun düşdüyü bildirilir.
Hadisə regionda müttəfiqlərin təlimləri ilə eyni vaxta təsadüf edib, xəsarət alan olmayıb, Alyansın Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Alekkus Qrinkeviç isə qüvvələrin yerləşdirilməsi və çəkindirmə sistemindəki mümkün zəif nöqtələri qiymətləndirməyə davam edir.Musavat.com