“Qərb Ukraynaya dəstəyi dayandırsa, müharibə 15 gündən sonra Putinin qələbəsi ilə bitəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrel deyib.
Onun sözlərinə görə, insanların çoxu müharibənin mümkün qədər tez bitməsini istəyir:
“Hər şeydən öncə bunu ukraynalılar arzulayırlar, amma vacib olan necə bitəcəyidir. Əgər biz Ukraynanı dəstəkləməsək, 15 gün sonra müharibə bitəcək və Putin hədəfinə çatacaq. Biz ukraynalılar və öz təhlükəsizliyimiz üçün bunu istəyirikmi?”