Homepage / Üçüncü Dünya Müharibəsinə doğru ADDIM - ABŞ raketlərinə icazə verilməsinə Rusiyadan SƏRT CAVAB

Üçüncü Dünya Müharibəsinə doğru ADDIM - ABŞ raketlərinə icazə verilməsinə Rusiyadan SƏRT CAVAB

Rusiyanın beynəlxalq məsələlər üzrə Federasiya Şurası Komitəsinin birinci sədr müavini Vladimir Jabarov, ABŞ-ın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün taktiki ballistik raketlərə icazə verməsini “Üçüncü Dünya Müharibəsinə doğru atılmış addım” kimi qiymətləndirib.

Paytaxt.org xəbər verir ki, bu barədə o, TASS agentliyinə danışıb.

“Qiyamət ssenarisi başlayır”

Jabarovun sözlərinə görə, ABŞ-ın bu qərarı “tarixdə görünməmiş bir addım” olaraq Rusiya ilə münaqişəni yeni səviyyəyə qaldırır. O bildirib ki, bu addım yalnız regional deyil, qlobal miqyasda təhlükəsizliyə ciddi təhdid yaradır: “Bu, Üçüncü Dünya Müharibəsinə doğru çox böyük addımdır. Və amerikalılar bu addımı artıq heç nəyə cavab verməyəcək, iki aydan sonra vəzifədən gedəcək bir qoca liderin əli ilə atırlar.”

Jabarov, Rusiya tərəfinin ABŞ-ın bu addımına dərhal cavab verəcəyini də vurğulayıb: “Əgər bu, həyata keçirilərsə, Rusiyanın cavabı dərhal və olduqca sərt olacaq. ABŞ Rusiya ərazisinə yönəlmiş hər hansı bir zərbənin fəlakətli nəticələrə gətirib çıxaracağını anlamalıdır.”

“Yalnız siyasət yox, bəşəriyyət təhlükədədir”

Analitiklər hesab edirlər ki, ABŞ-ın bu addımı yalnız Rusiya ilə münaqişəni dərinləşdirmir, eyni zamanda bütün dünya üçün qlobal təhlükəsizlik sistemini sarsıdır. Belə bir qərarın təkcə siyasətçilər deyil, bütün bəşəriyyət üçün ciddi nəticələr doğura biləcəyi vurğulanır.

Musavat.com olaraq, hadisələrin inkişafını izləməyə davam edəcəyik. //Musavat.com

18-11-2024, 15:00
Go back