Homepage / Növbəti pandemiya qapıdadır: 20 il də davam edə bilər

Növbəti pandemiya qapıdadır: 20 il də davam edə bilər

Covid-19 mart ayında, 4 il öncə başladı və ilk yoluxma, ölüm halları ortaya çıxdı. Bunun ardınca da qapanmalar, xüsusi karanrin rejimi və dünya ölkələrinin sərhədlərini bağlaması dönəmi başladı. Pandemiya bitdi, lakin onun təkrarlanacağı ehtimalı da böyükdür.


“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “King's College London”da yoluxucu xəstəliklər üzrə mütəxəssis Nathalie MacDermott yoluxucu xəstəliklərə, pandemiyaya insanların - ölkələrin özlərinin səbəb olduğunu deyib: “Növbəti pandemiya qapıdadır. Bu, 2 l də davam edə bilər, 20 il də. Hazırlıqlı, diqqətli olmalı və önləm almalıyıq”. Nathalie MacDermott pandemiyanın səbəbələrini açıqlayıb: “Xəstəlillərə, viruslara özümüz “dəvət” göndəririk. Nsanlar təbiəti məhv edir. Amazonda, Afrikanın bəz bölgələrində ağaclar kəsilir, meşəliklər məhv edilir. Nəticədə heyvanlar, həşəratlar, böcəklər insan məskənlərinə yaxınlaşır, yaşayış yerlərində yuva qururlar. Viruslar da beləcə yayılır. Qlim dəyişikliklərinn gətirdiyi isti temperaturla birikdə “dang humması”, “chikungunya” və Krım-Kongo qanamalı qızdırması ağcaqanadlar və gənələr vasitəsiylə yayılır. Hətta İngiltərə kimi soyuq ölkələr də bunun təsiri altındadır”. Viruslar daha çox ərazilərə yayılmasın deyə, insanların yaşaması üçün geniş məkanlar olmalıdır.

27-03-2024, 01:48
Go back