Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Baş nazirin Qurban bayramını təbrik etmək münasibətilə Türkiyə liderinə zəng etdiyi bildirilib. Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bölgədə əhatəli normallaşmanın və Azərbaycan ilə Ermənistan arasında sülh dialoqunun əhəmiyyətinə diqqət çəkərək Türkiyə ilə Ermənistan arasında təmaslardan məmnunluğunu dilə gətirib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Ermənistanın Baş nazir administrasiyası məlumat yayıb.
Paşinyan Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib.
Rəcəb Tayyib Ərdoğan isə Ermənistanın baş nazirini bu ölkənin 2026-cı ilin yazında Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etməsi münasibətilə təbrik edib.
Liderlər iki ökə arasında münasibətlər və regional məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi üçün razılığa gəliblər./// Globalinfo.az