Xəbər

İlham Əliyev sərəncam imzaladı

post-img

Sabiq ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

Paytaxt.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla F.Məmmədov bu mükafata ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, F.Məmmədov 2000-2024-cü illər ərzində ədliyyə naziri olub. Hazırda Konstitusiya Məhkəməsinin hakimidir. Sabah, iyulun 1-i onun 70 yaşı tamam olur.

Oxşar xəbərlər