Bu gün "Bolgexeber.com", "BTV.az", "Ekologiya.az" media portallarının rəhbəri, səmimi insan, dəyərli dost Vasif Turanın doğum günüdür.
Vasif bəyin dostluğundan və media fəaliyyətindən, eləcə də onun böyük dövlətçilik adamı olmasında çox danışa bilərəm. Onun həm həyat, həm də mediya fəaliyyəti elə də asan yaşamla formalaşmayıb. O, peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan rəhbər olaraq, ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edib. Siyasət, dünya, iqtisadiyyat, müsahibə, toplum, videomüsahibə, reportaj və.s kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edilməsinə rəhbərlik edən Vasif bəy eyni zamanda müxtəlif mühüm layihələri də həyata keçirib. Bir çox dövlət qurumlarının fəaliyyətinin işıqlandırılmasında mütamadi iştrak etmiş, reportajlar və videoyayımlara imza atmışdır. Əməyi qiymətli bilən Vasif bəyə media fəaliyyətində bundan sonra da bol uğur, sağlam həyat diləyi ilə - Özəl Gününü Xöş Gördük əziz insan, MÜBARƏKSƏN deyirik!
Biz də, Paytaxt.org ailəsi olaraq Vasif bəyi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində daim uğurlar arzu edirik!