Homepage / Bölgədə atışma baş verdi - ermənilər arasında qaçhaqaç düşdü

Bölgədə atışma baş verdi - ermənilər arasında qaçhaqaç düşdü

Ermənistanın Araqatsotn (keçmiş Alagöz-M.) bölgəsində atışma baş verib.

Paytaxt.org bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, polisə Aruç kəndində dava-dalaşın baş verməsi və bu zaman atışma səslərinin eşidilməsi barədə əməliyyat məlumatı daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən etdiyi kimi, kənd sakini 34 yaşlı Samvel O. 31 yaşlı həmkəndlisi Faxrad O.-ya məxsus “Mercedes” markalı avtomobil istiqamətində atəş açıb. Atışma zamanı Aruça sakini, 20 yaşlı Sergey A. avtomobildə olub.

Faktla bağlı cinayət işi başlanıb.

Polis hadisə yerindən qaçan Samvel O-nun tapılması istiqamətində tədbirlər görür.

Musavat.com

7-04-2025, 20:03
Go back