Homepage / Məşhur xəstəxanada ƏMƏLİYYAT-Vəzifəli şəxs SAXLANILDI / FOTO

Məşhur xəstəxanada ƏMƏLİYYAT-Vəzifəli şəxs SAXLANILDI / FOTO

Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Paytaxt.org Unikal-a istinadla xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.

Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.

Onu da qeyd edək ki, 1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.

BakuPost


27-02-2026, 12:45
Go back