Homepage / Badalyandan İsrailin “soyqırım”ı tanımasına ETİRAZ - "Netanyahu hökuməti ermənilərdən öz məqsədi üçün istifadə etməyə çalışır"

Badalyandan İsrailin “soyqırım”ı tanımasına ETİRAZ - "Netanyahu hökuməti ermənilərdən öz məqsədi üçün istifadə etməyə çalışır"

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıyaraq parlamentin təsdiqinə göndərməsi Ermənistanda da birmənalı qarşılanmayıb.

Paytaxt.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, tanınmış erməni siyasi şərhçi Hakob Badalyan Netanyahu hökumətinin ermənilərdən öz məqsədi üçün istifadə etməyə çalışdığını bildirib.

 O, İsrail hökumətinin“erməni soyqırımı”nı niyə indi tanımasının sual doğurduğunu vurğulayıb.

“Benyamin Netanyahu administrasiyası mahiyyət etibarilə hər hansı humanitar addım ata bilməz. Buna görə də narahatlıq doğuran məsələ odur ki, Qəzzada on minlərlə günahsız insanın qanına bulaşmış əllərlə birdən-birə “erməni soyqırımı”na toxunmağa niyə qərar verilib?”, - Hakob Badalyan bildirib.Modern.az

Bu gün, 11:15
Go back