AXCP funksioneri Fuad Qəhrəmanlının “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna qarşı başladığı təhqir kampaniyasında diqqətçəkən ziddiyyət üzə çıxır. Belə ki, Əli Kərimliyə qarşı istintaqda ifadə verdiyi videogörüntülərlə gündəmə gələn Qəhrəmanlı indi başqa bir şahidi “üzəduran” adlandırır. Üstəlik, onun keçmiş həyat yoldaşı ilə söhbətinin yayıldığı bildirilən səsyazısı və ailə üzvlərinin ağır ittihamları da yenidən xatırlanır.
Musavat.com xəbər verir ki, Fuad Qəhrəmanlı Sevinc Osmanqızının efirində və Facebook səhifəsində Rauf Arifoğlunu hədəfə alıb. O, jurnalisti yalan ifadə verməkdə ittiham edərək təhqiramiz ifadələr işlədib.
Lakin bu hücumların arxasında daha mühüm siyasi məqam dayanır.
Əli Kərimliyə qarşı ifadə verən, üzünə duran Qəh..manlı kimdir?
2026-cı il fevralın 12-də Dövlət Təhlükəsizliyi Xidməti Əli Kərimli və digər şəxslərlə bağlı cinayət işi üzrə videomateriallar yayıb.
Fuad Qəhrəmanlının Əli Kərimlinin əleyhinə verdiyi VİDEOİFADƏ
Həmin görüntülərdə Fuad Qəhrəmanlının 2020-ci ilin iyul hadisələri zamanı Əli Kərimlidən Milli Məclis və AzTV binalarının ələ keçirilməsi istiqamətində tapşırıq aldıqlarını söylədiyi əks olunub.
Bu ifadə Əli Kərimliyə qarşı irəli sürülən ittihamların məzmunu ilə birbaşa əlaqəlidir.
İfadəni verən Fuad Qəhrəmanlıdır! Bu gün onun Avropada olması sizcə boşunadır? Liderini satıb, həbsdən və ölkıdən çıxıb! Alver edib! Anlaşıb! Güya bu ifadəni verməsi üçün ina ölümcül işgəncə veriblər. Fuadın nəfəsi də yalandı! Bunu bilməyən yoxdur, ölkədə.
Qəribədir, deyilmi? Əli Kərimliyə qarşı ifadə verən, üzünə duran Fuad Qəhrəmanlı niyə məhz Rauf Arifoğlunu “üzəduran” adlandırır?
Rauf Arifoğlunun mövqeyinə görə, Qəhrəmanlının qəzəbinin əsas səbəbi onun bu ziddiyyəti əvvəlki yazısında xatırlatmasıdır.
“Mən Əli Kərimlinin üzünə durmamışam, üzünə yazmışam!”
Rauf Arifoğlu bildirir ki, onun məhkəmədəki ifadəsi 2013-cü ildən başlayaraq Milli Şuranın yaradılması və İctimai Palatanın bu quruma transformasiyası barədə açıq söylədiyi fikirlərə əsaslanır.
2019-cu ilin sentyabrında Azlogos saytına verdiyi müsahibədə də həmin məsələlərdən danışıb. Sonrakı illərdə Əli Kərimlinin siyasi fəaliyyətini daha sərt tənqid edib.
“Mən Əli Kərimlinin üzünə durmamışam. Onun üzünə yazmışam, üzünə danışmışam, üzbəüz söyləmişəm!”
Jurnalistin sözlərinə görə, DTX istintaqında ona əvvəlki açıqlamalarının faktiki əsasları barədə suallar verilib və o, həmin sualları cavablandırıb.
Fuad Qəhrəmanlının GİZLİ VİDEOSU - Pul alarkən
Rauf Arifoğlu bildiklərinin hamısını danışmadığını, siyasi münasibətlərdə müəyyən mənəvi raconu qoruduğunu da vurğulayır.
Fuad Qəhrəmanlının Əli Kərimli barədə gizli söhbəti
Musavat.com xatırladır ki, Qəhrəmanlının siyasi keçmişində başqa bir diqqətçəkən epizod da var.
2021-ci ildə onun keçmiş həyat yoldaşı Zümrüd Yağmurla söhbətinin səsyazısı ictimailəşdirilib.
Yayılan yazı barədə şərhlərdə Fuad Qəhrəmanlının Əli Kərimlinin idarəçiliyindən narazılıq etdiyi, öz siyasi ambisiyalarından danışdığı bildirilirdi.
Yəni o, Əli Kərimlini istintaqdan əvvəl öz keçmiş arvadına "satıb".
Ailəsindən gələn ağır ittihamlar
Fuad Qəhrəmanlının adı 2019-cu ildə böyük ailə qalmaqalında hallanmışdı.
Qızı Selcan Yağmur atasını ailədaxili fiziki və psixoloji zorakılıqda ittiham etmiş, həyat yoldaşı Zümrüd Yağmur isə həmin açıqlamaları müdafiə etmişdi.
Qalmaqaldan sonra Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa vermişdi. Baş Prokurorluq onun barəsində cinayət işi başlandığını açıqlamışdı.
Qəhrəmanlı ailədaxili münaqişələrin olduğunu qəbul etsə də, ağır ittihamların bir hissəsini rədd etmişdi.
“Namusdan, qeyrətdən, ləyaqətdən danışanda Fuad Qəhrəmanlı başını aşağı salmalıdır!”
Rauf Arifoğlunun mövqeyinə görə, Fuad Qəhrəmanlının başqalarına mənəviyyat və ləyaqət dərsi keçməsi onun öz ictimai-siyasi keçmişi fonunda ciddi suallar doğurur.
“Namusdan, qeyrətdən, ləyaqətdən danışanda Fuad Qəhrəmanlı başını aşağı salmalıdır!”
Jurnalist hesab edir ki, ləyaqət yalnız televiziya efirində, siyasi tribunada və partiya liderinə saxta sədaqətdə nümayiş etdirilən anlayış deyil.
Ləyaqət bütöv anlayışdır. Şərəf bütöv anlayışdır. Namus bütöv anlayışdır. Fuadın siyasət və ailə dosyesi, internet məkanında olan aşıq sübutlar onda bu anlayışlardan heç birinin tam olmadığını ortaya qoyur.
Fuad Qəhrəmanlı Əli Kərimlinin SİRLƏRİNİ AÇIR
Rauf Arifoğlunun sözlərinə görə, Əli Kərimli azadlıqda olarkən onun haqqında yazdıqları istintaqda verdiyi ifadələrdən daha sərt olub. Buna görə də həmin mövqeləri məhkəmədə təsdiqləməsini “üzəduranlıq” kimi təqdim etmək ləyaqətsizlikdir. .
O, ittiham irəli sürənləri konkret faktlar göstərməyə çağırır:
“Hansı tarix səhvdir? Hansı hadisə olmayıb? Hansı görüşü uydurmuşam? Buyursunlar, faktlarla danışsınlar!”
Beləliklə, mübahisənin mərkəzində mühüm ziddiyyət dayanır: Əli Kərimliyə qarşı ifadəsi videoda əks olunan Fuad Qəhrəmanlı indi Rauf Arifoğlunun şahidliyini hədəfə alır.
Sonda Fuadın qəhrəmanlığı ilə ilgili bir "paçka" linki oxucuların mühakiməsinə təqdim edirik.
https://demokrat.az/news/269016/meydan-tv-fuad-qehremanlini-efire-cixarib-rezil-etdi-video
https://qafqazinfo.az/news/detail/fuad-qehremanliya-gelen-pullar-498642
https://apa.az/apa-tv/xeber/xeberler/fuad-qehremanlinin-qizi-mene-hakimiyyetden-tezyiq-olmayib-51404
https://oxu.az/cemiyyet/fuad-qehremanlinin-qizi-xalam-oglu-meni-zorlayib
https://www.aznews.az/news/political_debate/239258.html
https://68dp.az/fuad-qehremanli-ile-zumrud-yagmurun-ses-yazisina-dair-siyasi-serh-131-xeber.html