Beyləqanda şəhid anasının dəfn mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində şəhid olmuş İsmayılov Nazim Həsrət oğlunun anası, Beyləqan şəhər sakini Ağalarova Tamaşa Bəşir qızı vəfat edib.
Bu gün mərhumun dəfn mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan Rayon Təşkilatının sədri və digər aidiyyəti şəxslər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərhum Ağalarova Tamaşa Bəşir qızı torpağa tapşırılıb. Dəfn mərasimində şəhid anasının ruhuna dualar oxunub, onun əziz xatirəsi ehtiramla yad edilib. Mərasim iştirakçıları mərhumun ailəsinə və yaxınlarına başsağlığı verərək səbir diləyiblər.




