Azərbaycanda keçirilən beynəlxalq və respublika səviyyəli idman yarışlarında hakimlərə ödəniləcək gündəlik xidmət haqları müəyyənləşdirilib.
Beynəlxalq idman tədbirlərində baş hakimə hər gün üçün 100 manat, hakimlər briqadasının üzvlərinə və yarışın baş katibinə isə 50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulur.
Respublika səviyyəli yarışlarda isə baş hakimin gündəlik xidmət haqqı 50 manat, hakimlər briqadasının hər üzvünün və yarışın baş katibinin xidmət haqqı 25 manat olacaq.
Ödəniş hakimlərə vəzifələrini icra etdikləri günlər üçün, digər maddi təminat növlərindən asılı olmayaraq veriləcək.
Yarışın keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olduqda, ona ezamiyyə xərcləri üzrə müəyyən edilmiş normalara uyğun olaraq yemək xərci də ödəniləcək./oxu.az