Paytaxt.org xəbər verir ki, “Armenpress”in məlumatına görə, Simonyan bu barədə noyabrın 26-da “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən beşinci görüşdə jurnalistlərə danışıb.
Simonyan səfərin gündəliyinin əvvəlki görüşlərdən ciddi şəkildə fərqlənməyəcəyini, Azərbaycanda aparılacaq danışıqlar zamanı növbəti görüşün təşkili barədə də razılığa gəlinəcəyini bildirib.
Ermənistan rəsmisi iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarına toxunaraq kənd təsərrüfatı sahəsində oxşarlıqların olduğunu, Azərbaycanın neft və qaz ehtiyatları baxımından üstünlüklərə malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanla iqtisadi əməkdaşlıq Ermənistanı beynəlxalq təşkilatlar üçün daha cəlbedici edə bilər. Simonyan nəqliyyat əlaqələrini iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri adlandırıb.Musavat.com