Homepage / Əfvlə bağlı AÇIQLAMA- İlin sonunda...

Əfvlə bağlı AÇIQLAMA- İlin sonunda...

Hələlik məhkum edilən şəxslərlə bağlı əfv sərəncamının imzalanması gözlənilmir. Bununla bağlı Əfv Komissiyasının hələ iclasları keçirilməyib. Çox güman ki, belə qısa müddətə də iclasların keçirilməsi praktikada nəzərdə tutulmur.

Bu sözləri Pravda.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Fazil Mustafa Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar əfv sərəncamının imzalanması ehtimalından danışarkən deyib.

Deputat qeyd edib ki, əfv sərəncamının imzalanması Novruz bayramı və ya 28 May-Respublika Günü ilə əlaqədar olması daha çox ehtimal edilə bilər: “Bu, Prezidentin iradəsindən asılı məsələdir. Ona görə də Əfv Komissiyası düşünmürəm ki, bu ilin dekabrın 31-dək hansısa bir proseduru həyata keçirə bilsin. Çünki iclaslar keçirilməli, ayrı-ayrı məsələlər demokratik qaydada müzakirə olunmalı, sonra qərar qəbul edilməlidir. Prezidentə tövsiyə olunur ki, hansı məsələlərdə kimlərin konkret olaraq əfvi nəzərə tutula bilər. Hələlik isə belə bir iclas yoxdur. Ona görə də ehtimal azdır”.

Bu gün, 12:46
Go back