Paytaxt.org apa-ya istinadən xəbər verir ki, bu barədə “News.ru” məlumat yayılıb.Saxlanılmanın səbəbləri, onlara qarşı irəli sürülən ittihamlar və əməliyyatın təfərrüatları barədə hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Dağıstan rəhbəri Fedor Şukin noyabrın 18-də hər iki şəxsi tutduqları vəzifələrdən azad edib.Əliomar Əhmədov Dağıstanın səhiyyə naziri vəzifəsini müvəqqəti icra edirdi. Onun yerinə nazirin birinci müavini Nabi Kurayev təyin olunub.
Nəriman Kazimaqamedov isə mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir vəzifəsini müvəqqəti icra edib. Onu bu vəzifədə nazir müavini Nadim Velixanov əvəzləyib.