Şou

ANS-in məşhur verilişi ekranlara qayıdır - Aparıcı o olacaq

post-img

Aparıcı-prodüser Tarix Əliyev yeni layihəyə başlayır.

Metbuat.az yazır ki, bu barədə o, özü məlumat yayıb. Tolik bildirib ki, bir vaxtların məşhur “Toylar kralı” proqramı onun təqdimatında yenidən efirdə olacaq:

“MTV-də yeni layihə başlayır. Mən heç vaxt bu formatda veriliş aparmamışam, bu dəfə istədim edim. Kamran Həsənli sağ olsun ki, “Toylar kralı”ının adından istifadə etməyə icazə verdi. Bu dəfə SMS səsvermə yox, münsiflər heyəti olacaq. Bəziləri yazıblar ki, bu nə verilişdir? Siz öyrəşmisiniz sosial verilişlərdə qadınları diz çökdürməklərinə, əri olmayan ekspertlərin namusdan qeyrətdən danşmağına, qardaşı arvadını zorlayanları qəhrəman kimi göstərilməyinə, uşaqları ağlatmağa, sponsorlara görə xəstələri həkimlərə yalvartmağa... Ona görə düşünürsünüz ki, bu “Toylar Kralı”dırsa, kasıb müğənnilər heç bir pul ödəmədən efirdə görünəcəksə, bu, biabırçılıqıdr. Amma camaatı efirdə ağlatmaq biabırçılıq deyil”. 

8eff73bb6e4c5d01cb94f9a18875063b.jpg (114 KB)




Oxşar xəbərlər