GÜNDƏM / BANNER

Paşinyan Qarabağla bağlı təcili Putinə ZƏNG ETDİ - Ermənistan-Azərbaycan sərhədində...

post-img

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

 

Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub.


Tərəflər Qarabağdakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

 

Liderlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər