Gündəm

Müharibədən də DƏHŞƏTLİDİR - Addım-addım yaxınlaşır, 12 ay içində... - ŞOK/FOTO

post-img

Yaxın Şərq və Ukraynadakı savaşlardan sarsılan Asiya ölkələri müharibədən daha dağıdıcı böhrana doğru sürüklənir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bölgənin və dünyanın ən böyük iqtisadiyyatlarından olan Rusiya və Çində yaşanan iqtisadi böhranlar böyümək riskini daşıyır.

Ekspertlər vurğulayırlar ki, Asiyada bank böhranı üfüqdədir və yaxın 12 ay ərzində baş verə bilər. Bu bank böhranı bütün dünyaya təsir etmək iqtidarında olacaq.

Daşınmaz əmlak böhranı isə Çini əhatə edir. Əmlak nəhəngləri son vaxtlar ayaqda qalmaqda çətinlik çəkirlər.

Böhran 2020-ci ildə "Evergrande" adlı nəhəng tikinti şirkətinin borclarını ödəyə bilməməsi ilə başlayıb.

screenshot-from-20250627-124530p.jpg (573 KB)

Daha sonra "Evergrande" iflas edib, "Country Garden" və "Vanke" kimi şirkətlər borcun restrukturizasiyası prosesindədir. Bu şirkətlərin bir çoxu xarici istiqraz borclarını ödəyə bilmirlər.

 

2025-ci ilə qədər daşınmaz əmlak satışı 2019-cu illə müqayisədə 40 faizdən çox azalıb. Boş evlərin sayı 60-70 milyon qiymətləndirilir.

Rusiya iqtisadiyyatı da böyük böhrana doğru sürüklənir. Bloomberg-in məlumatına görə, yaxın 12 ay ərzində sistemli bank böhranı ehtimalı Rusiya bankirlərini narahat edir.

Bloomberg tərəfindən əldə edilən sənədlərə və rəsmi mənbələrə görə, ölkənin ən böyük bankları ümidsiz kreditlərin artması ilə bağlı həyəcan təbili çalmağa başlayıb.

Şirkətlər və fərdi müştərilər yüksək faizlə borclarını ödəməkdə çətinlik çəkirlər. Mənbələr Bloomberg-ə bildiriblər ki, vəziyyət son dərəcə risklidir və şərtlər dəyişməzsə, borc böhranı gələn il ərzində ölkənin bütün maliyyə sektoruna yayıla bilər.

Bunun əsas səbəbi Rusiyanın 3 ildir Ukraynada apardığı müharibə olub. Avropa İttifaqı daha çox Rusiya bankına qarşı sanksiyaların tətbiqini müzakirə edir. Bəzi böyük bankların daxili qeydlərinə görə, bir çox borcalan ödənişlərini gecikdirir və ictimaiyyətə açıqlanan defolt dərəcələri bu mənzərəni gizlədir.

Rusiya Mərkəzi Bankının məlumatlarına görə, banklar 2024-cü ildə 3,8 trilyon rubl məbləğində rekord mənfəət əldə ediblər. Bununla belə, daxili qiymətləndirmələr kredit portfellərində sürətli daralma olduğunu göstərir. 2025-ci ilin ilk iki ayında korporativ kreditləşmə 1,5 trilyon rubl azalıb.

 

Oxşar xəbərlər