GÜNDƏM / BANNER

Təbriz ayaqda: “Azadlıq!”, “Ədalət!”, “Milli hökumət!” - VİDEO

post-img

İranda 22 yaşlı qızın çadradan imtina etməsinə görə döyülüb öldürülməsinə etirazlar davam edir.

Paytaxt.org xəbər verir ki, Tehran və digər şəhərlərdə hökumət qüvvələri ilə toqquşmalar baş verib, aksiyaçılar polislərə məxsus maşınları aşırıb, yandırıblar.

Bəzi şəhərlərdə atəş səsləri də eşidilib. Bəzi mənbələr iddia edir ki, polisin silah tətbiq etməsi nəticəsində yüzlərlə aksiya iştirakçısı yaralanıb. Polisə “Bişərəf” sədaları ilə qarşılıq verilib. Etirazlar Cənubi Azərbaycana da yayılmaqdadır. Rəştdən sonra Təbrizdə də xalq ayağa qalxıb. Küçələrə çıxan qəzəblənmiş insanlar “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Azadlıq!”, Ədalət!”, “Milli hökumət!” hayqırıblar.


(Musavat.com)


Oxşar xəbərlər