GÜNDƏM / BANNER

Mikayıl Cabbarovun sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

post-img

Xəbər verdiyimiz kimi, Osman Xaliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Nazirlik yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinə (İH) sədri təyin edilib.

 

Paytaxt.org yeni sədrin dosyesini təqdim edir:

 

O, 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini İqtisadi kibernetika ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində İdarəetmənin informasiya texnologiyası üzrə magistratura pilləsini bitirib.

 

Sədr 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə "Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

O, 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

 

O.Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub. 2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

 

Ailəlidir, 1 övladı var.

(Azmedia.az)

Oxşar xəbərlər