Gündəm

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri bu tarixdə Bakıya gəlir

post-img

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda təşkil olunan forumda iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan nümayəndə heyəti sentyabrın 19-21-də Bakıda keçiriləcək üçüncü beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.

Oxşar xəbərlər