Gündəm

Mehdiyevin cinayətlərinə şərik olan baş nazir Əli Əsədovun sağ əli İbrahim Məmmədov KİMDİR? - ŞOK DETALLAR

post-img

Ramiz Mehdiyevin cinayətlərinə şərik olan Baş Nazir Əli Əsədovun sağ əli İbrahim Məmmədovun aqibəti necə olacaq?!

Paytaxt.org bildirir ki, belə bir iddia ilə  https://www.facebook.com/Aslan.Z.Ismayilov (Aslan İsmayılov) çıxış edib.

  Aslan.Z.Ismayilov yazır:

"Bunların ən bariz nümayəndələrindən biri vaxtilə Əli Kərimlinin ən etibarlı müşaviri olub, sonra onu Ramiz Mehdiyevlə əvəzləyən, "Almaniyanın dağıdılmasında xüsusi xidmətləri olan" İbrahim Məmmədovdur. O, bu gün Baş Nazir Əli Əsədovun sağ əli və Nazirlər Kabinetinin mətbuat xidmətinin başçısıdır. İ.Məmmədov R.Mehdiyevin tam etibarını qazanandan sonra AzTV sədrinin müavini oldu və az qalmışdı ki, sədr təyin olacaqdı. Bu alınmayanda R.Mehdiyev onu indiki vəzifəsinə təyin etdirdi.
İ.Məmmədovu bu günlər yada salmağım təsadüfi deyil. Çoxlarının bu gün də əhəmiyyətini dərk etmədiyi, Putinin hər fürsətdə bizi ittiham etdiyi Sumqayıt hadisələrinin saxtalaşdırılmasında, həqiqətlərin ört-basdır edilməsində Rusiyanın general-qubernatoru R.Mehdiyevin tapşırıqlarını yerinə yetirən məhz İ.Məmmədov olub və əvəzində vəzifələr və digər çoxsaylı imtiyazlar alıb. Bu gün ən dəhşətlisi odur ki, bu adam həmin hadisələrin mahiyyətini saxtalaşdırdığına, hadisəni ancaq Ermənistan-Azərbaycan münaqişəsi kimi təqdim etdiyinə görə, R.Mehdiyevin elmi rəhbərliyi altında (fotoya bax) "ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI İŞĞALÇILIQ SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ: 1988-Cİ İL SUMQAYIT HADİSƏLƏRİ" adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır (linki: https://retk.copat.gov.az/.../%C4%B0BRAH%C4%B0M%20M%C6...). 
Qarabağ probleminin alovlanmasında, Azərbaycan xalqının bütün dünyaya vəhşi millət kimi təqdim edilməsində Sumqayıt hadisələrinin müstəsna rolu var. O işi saxtalaşdıranları, əvvəl SSRİ DTK-nın, sonralar isə Rusiya FSB-nin tapşırığını yerinə yetirən R.Mehdiyevə dəstək olanların hamısını ifşa edəcəyimi uzun illər əvvəl söz verdiyim kimi həyatımın sonuna qədər onları ifşa edəcəm. Ona görə də bu xəyanətdə rolu olan çoxları ilə tanış olacaqsınız.  
2010-cu ilin ikinci yarısı AzTV-də işləyən İ.Məmmədov mənə zəng edib “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabım əsasında film çəkmək tapşırığı aldığını dedi və dəfələrlə ofisimə gəldi. Sumqayıt hadisələrinin incəliklərini saatlarla ona izah etdim. Ali Məhkəmədə Qriqoryanın işinə baxılarkən SSRİ DTK-nın əməkdaşı olan erməni əsilli Tsaturyan Moskvadakı rəhbərləri ilə danışarkən Ali Məhkəmənin hansı otağında yaxaladığımı da göstərdim. Sonra məni studiyaya dəvət edib təxminən 4 saat müsahibə götürdü. Bir müddətdən sonra hər seriyası 1 saat 20 dəqiqə olan 3 seriyalı film AzTV-də nümayiş etdirildi. Həmin filmdə mənə təxminən 1 dəqiqədən də az vaxt ayrıldı və bu vaxt tamaşaçıya verilən məlumat ancaq məni iş üzrə çıxış edən prokuror kimi təqdim etmək oldu. Bu R.Mehdiyev hiyləgərliyi idi, çünki o, çox yaxşı bilirdi ki, insanlar iş dövlət tərəfindən saxtalaşdırılırdısa həmişə günahın ilk növbədə prokurorda olduğunu düşünürdülər. Əvəzində filmdə o dövr Sumqayıtda yüksək vəzifə tutmuş, qorxusundan səsini belə çıxartmayan, Milli Məclisdə müstəqilliyimizin əleyhinə səs verən, sonralar Moskva qarşısında etdiyi bu xidmətlərinə görə Baş Nazirin 1-ci müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri işləmiş Əli Həsənov və işin batırılmasını birbaşa icra edən hakim Mənsur İbayev bolluca öz qəhrəmanlıqlarından danışdılar.
Bundan sonra mətbuatda kütləvi şəkildə yalan məlumatlar yayıldı ki, guya mən 1988-ci ildə Sumqayıtın prokuroru olmuşam və SSRİ DTK-sı tərəfindən o hadisələri təşkil etmək üçün Rusiyadan Sumqayıta göndərilmişəm. İ.Məmmədov hələ bu məqsəd üçün sosial şəbəkələrdə Aqil Məmmədov (fotoda yer alıb) adlı birisi vasitəsilə troll qruplarda yaradaraq məni hədəfə aldılar. O dövrlər, yəni 1985-1990-cı illər isə Sumqayıtın prokuroru rəhmətlik İsmət Qayıbov olmuş, mən isə Azərbaycana ancaq 1989-cu ilin aprel ayında gəlmişəm və işin mürəkkəbliyini nəzərə alaraq Respublika Prokuroru rəhmətlik İlyas İsmayılov mənim əvvəllər hakim, məhkəmə sədri olduğumdan dövlət ittihamını müdafiə etməyi mənə tapşırmışdı. Bunların məqsədi məni qorxutmaq və Sumqayıt həqiqətlərini yaymaqdan çəkindirmək idi. Az sonra isə həqiqəti əks etdirən yazdığım kitabı kölgəyə salmaq üçün hadisələri təhrif edən “Azərbaycana qarşı Sumqayıt təxribatı - “Qriqoryan işi“ adlı kitab da məhz İ.Məmmədovun müəllifliyi və kitaba ön sözü yazmış R.Mehdiyevin elmi redaktorluğu (fotoya bax) ilə çap olundu. Nəzərinizə çatdırım ki, kitabın təmtəraqlı təqdimatında ön sıralarda o dövr Baş Prokurorun birinci müavini olan Rüstəm Usubov, deputatlar, tarixçi alimlər iştirak ediblər.
R.Mehdiyev dəstəsinin mətbuatdakı əlaltıları vasitəsilə mənə qarşı istifadə etdikləri əsas təxribata, yaydıqları yalana bir daha münasibətimi qısa fikir bildirmək istəyirəm. Sumqayıt hadisələrinə görə həqiqətən vətənpərvər olan ƏHMƏD ƏHMƏDOVUN İŞİNƏ 1988-ci ilin sonlarında nümayişkəranə formada MOSKVADA baxılıb. Həmin iclasda Azərbaycanın qatı düşmənləri Qalina Starovoytova, Qenrix Borovik, erməni əsilli Yelena Bonner (Andrey Saxarovun həyat yoldaşı), Silva Kaputikyan, Zori Balayan və digər SSRİ miqyasında tanınan simalar iştirak etmişlər. Mənim bu işdə nəinki iştirakım, heç xəbərim də olmayıb. Bu iş barədə növbəti yazılarımda daha ətraflı qayıdacam.
Prezident İlham Əliyevin mənim müraciətimdən sonra yenilədiyi cinayət işi isə R.Mehdiyevin başçılığı ilə Rusiyanın əlaltıları tərəfindən ört basdır edildi. Növbəti yazımda Azərbaycan Respublikası Baş Prokurorluğunun Sumqayıt hadisələrinin istintaqı ilə bağlı Prezidentin göstərişini deyil, R.Mehdiyevin tapşırıqlarını necə icra etdikləri, Baş Prokurorun birinci müavini Rüstəm Usubovun xüsusi canfəşanlığı barədə yazacam.
Sonda qeyd etmək istəyirəm ki, səhifələrimin daimi, diqqətli izləyiciləri mənim R.Mehdiyevin komandası tərəfindən Sumqayıt həqiqətlərinin necə öst basdır etmələri barədə illərdir etdiyim fəryadlarımı yaxşı xatırlayarlar.
P.S. Gələcək yazılarımda hansı işdə mənim qətlə yetirilməyimin sifariş verilməsi, bu barədə ən yüksək çinli məmur tərəfindən məlumatlandırılmağım, bir həftə ərzində necə özümü qorumağım və sonda nə üçün qətlin təxirə salınması barədə də biləcəksiniz."

Oxşar xəbərlər