Gündəm

DİN ƏMƏLİYYAT KEÇİRDİ - Hüseyn Əliyev və Telman Mehdiyev SAXLANILDI

post-img

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.


DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Paytaxt.org verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb.

Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər