Gündəm

Həmid Allahverdiyevin iş qadınına qaldırdığı xüsusi ittihamı Sumqayıt Məhkəməsi RƏDD EDİB - FOTO

post-img

İş qadını Mətanət Həsənova xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Paytaxt.org xəbər verir ki, onun barəsində tiktoker Həmid Allahverdiyev məhkəməyə müraciət edib.

Tiktoker Mətanət Həsənovanı onunla bağlı məlumatlar yaymaqda ittiham edərək, yalan xəbərlərin yaydığını bildirib. 

Həmid Allahverdiyev M.Həsənova ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cinayət Məcəlləsinin 147, 148, 148.1, 155 və 156-ci maddələr ilə məhkəməyə müraciət edərək iddia edib ki, guya xanım Həsənova onun Konstitusiyon hüquqlarını pozaraq aşağalamışdır.

Sumqayıt şəhər Məhkəməsi, tiktoker Həmid Allahverdiyevin çox saylı maddələr ilə xüsusi ittiham qaydasında məhkəmədə qaldırdığı iddiaları icrahata qəbul edilməyərək rədd edib. 

İş adamı Mətanət Həsənova həməşə olduğu kimi haqqı, ədaləti ali tutan Sumqayıt şəhər Məhkəməsi sədrinə və hakimlərinə minnətdarlığını bildirib.




Oxşar xəbərlər