Homepage / TƏCİLİ XƏBƏR! Ermənistanla sülh müqaviləsinin 7 bəndi ELAN EDİLDİ: “Qarabağ, Zəngəzur...”

TƏCİLİ XƏBƏR! Ermənistanla sülh müqaviləsinin 7 bəndi ELAN EDİLDİ: “Qarabağ, Zəngəzur...”

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən ölkədə sülhü təmin etmək üçün qeyri-populyar sənədi imzalamağa hazır olduğunu bildirib.

Paytaxt.orgf erməni mətbuatına istinadla xəbər verir ki, erməni politoloq, şərqşünas Sergey Melkonyan teleqram kanalında Azərbaycanla indi sülh müqaviləsinin imzalanmasının nəticələrini təqdim edib.

1. Bu gün sülh müqaviləsi = təslim olmaq 2.02. Azərbaycan Ermənistanın indiki müharibədə ələ keçirə bildiyi ərazilərindən keçəcək.

3. Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçir.

4. Azərbaycan strateji kommunikasiyaların əksəriyyətinə (o cümlədən “anklavların” alınmasına) nəzarət edəcək.

5. Ermənistan döyüşə hazır ordudan imtina edəcək (sayı azalacaq, texnika və silahlardan məhrum ediləcək və s.)

6. Ermənistan Zəngəzurun bir hissəsini Türkiyə və Azərbaycan üçün dəhliz kimi verəcək.

7. Ərazilərin işğalına görə təzminat və digər ödənişlər Ermənistanın üzərinə qoyulacaq.(Hafta.az)

19-09-2022, 02:16
Go back