Homepage / "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" mühərriklərin təmiri üçün 252 min manatlıq tender elan edib

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" mühərriklərin təmiri üçün 252 min manatlıq tender elan edib

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi sinxron və asinxron mühərriklərin təmiri üçün mal-materialların alınması və quraşdırılması xidmətinin satın alınması ilə bağlı satınalma müsabiqəsi elan edib.

Paytaxt.org bildirir ki, 32gun.az-ın verdiyi məlumata görə, elan edilən tenderin ehtimal olunan qiyməti 252.658,06 AZN təşkil edir.

Satınalma çərçivəsində su təchizatı infrastrukturunda istifadə olunan yüksəkgərginlikli sənaye mühərriklərinin bərpası nəzərdə tutulur. Xidmətlər paketrinə 1 ədəd 400 kVt (6 kV, 700 d/d) və 1 ədəd 500 kVt (6 kV, 600 d/d) asinxron mühərriklərin, həmçinin 2 ədəd 1600 kVt (6 kV, 1000 d/d) gücünə malik sinxron mühərriklərin təmiri üçün zəruri mal-materialların təmin edilməsi və quraşdırılması işləri daxildir.
15-09-2026, 02:55
Go back