Gündəm

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" mühərriklərin təmiri üçün 252 min manatlıq tender elan edib

post-img

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi sinxron və asinxron mühərriklərin təmiri üçün mal-materialların alınması və quraşdırılması xidmətinin satın alınması ilə bağlı satınalma müsabiqəsi elan edib.

Paytaxt.org bildirir ki, 32gun.az-ın verdiyi məlumata görə, elan edilən tenderin ehtimal olunan qiyməti 252.658,06 AZN təşkil edir.

Satınalma çərçivəsində su təchizatı infrastrukturunda istifadə olunan yüksəkgərginlikli sənaye mühərriklərinin bərpası nəzərdə tutulur. Xidmətlər paketrinə 1 ədəd 400 kVt (6 kV, 700 d/d) və 1 ədəd 500 kVt (6 kV, 600 d/d) asinxron mühərriklərin, həmçinin 2 ədəd 1600 kVt (6 kV, 1000 d/d) gücünə malik sinxron mühərriklərin təmiri üçün zəruri mal-materialların təmin edilməsi və quraşdırılması işləri daxildir.

Oxşar xəbərlər