Abşeron rayonu, Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələri, Novxanı, Masazır və Fatmayı kəndlərində büdcə və büdcədənkənar vəsait hesabına yolların əsaslı təmiri aparılacaq.
Paytaxt.org-a daxil olan məlumata görə, Abşeron rayon İcra Hakimiyyəti işin icrası üçün "Proqress İnşaat En" MMC ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, qurum şirkətə 2 milyon 769 min 849 manat ödəniş edəcək.
Qeyd edək ki, "Proqress İnşaat En" MMC-nin qanuni təmsilçisi Kamran Abuzərov Zülfəli oğludur. Şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir.