Gündəm

Abşeron İH kapitalı 1000 manat olan "Proqress İnşaat En" MMC-yə bu işə görə 2 milyon 769 min 849 manat ödəniş edəcək

post-img

Abşeron rayonu, Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələri, Novxanı, Masazır və Fatmayı kəndlərində büdcə və büdcədənkənar vəsait hesabına yolların əsaslı təmiri aparılacaq.

Paytaxt.org-a daxil olan məlumata görə, Abşeron rayon İcra Hakimiyyəti işin icrası üçün "Proqress İnşaat En" MMC ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, qurum şirkətə 2 milyon 769 min 849 manat ödəniş edəcək.

Qeyd edək ki, "Proqress İnşaat En" MMC-nin qanuni təmsilçisi Kamran Abuzərov Zülfəli oğludur. Şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir.

Oxşar xəbərlər