Analiz

Laçında 4 tenderi bir şirkət udub... - Belə də olur...

post-img

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Sus yaşayış məntəqəsində tikinti işləri ilə bağlı 9 tenderə yekun vurub.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibləri ilə toplamda 14 140 098 manat dəyərində müqavilələr imzalanıb.

Tenderləri sayca ən çox udan şirkət “Rabitəinşaat” ASC olub. Sözügedən şirkət 4 tenderin qalibi olub və ümumilikdə 9 807 851 manat dəyərində sifariş alıb.

Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.

Oxşar xəbərlər